Faiq Ağayev 42 yaşını qeyd edir

Faiq Ağayev 42 yaşını qeyd edir
1573 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev doğum gününü qeyd edir.

1971-ci il dekabrın 29-da Bakıda anadan olan müğənni peşəkar səhnə fəaliyyətinə 1988-ci ildə başlayıb. 

Müğənni elə həmin il “Bakı payızı” respublika müsabiqəsinin qalibi olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr aktyoru” fakültəsini fərqlənmə diplomu ilə bitirən Ağayev elə tələbə ikən peşəkar ifaçı adını qazanıb. Xalq artisti 1996-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solisti kimi fəaliyyət göstərib. 1995-ci ildə “Ola bilməz” adlı ilk musiqi toplusu çıxaran sənətçi sonrakı illərdə “Səni əvəz eləmir”, “”Vəfasızım”, “Faiq Ağayev seçmələr”, “Minilliyin sonu”, “Tam məxfi” adlı albomlarını pərəstişkarlarına təqdim edib. Onun uğurları bununla bitmir. Belə ki, müğənni 1998-ci ildə  "İlin konserti" nominasiyasında, 1999 -cu ildə isə "Dəşti " klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatını və həmin ildə  "İlin Müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanıb. Sənətçi 2000-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. O, yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib. 2007-ci ildə isə Heydər Əliyev Sarayında 5 günlük solo konsert verməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində yeni rekorda imza atıb. 5 illik fasilədən sonra 2012-ci ilin debarında yenidən sevənlərini ətrafına toplayıb 4 günlük konsert proqramı ilə çıxış edən xalq artisti doğum gününü də elə səhnədə qeyd edib. 

Xatırladaq ki, müğənni bu yaxınlarda verdiyi müsahibələrdən birində dənizin qırağında ev almaq və bundan əlavə, it sahibi olmaq istədiyini açıqlamışdı.

Axşam.az saytının kollektivi Faiq Ağayevi ad günü münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.