"Niyyətim özümü göstərmək deyil" - Kərimdən tənqidlərə cavab

"Niyyətim özümü göstərmək deyil" -  Kərimdən tənqidlərə cavab
1709 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abbasov son günlər paylaşdığı fotolarla tənqid atəşinə tutulub.

Axşam.az-ın məlumatına görə, sənətçinin çimərlikdən və idman zalından yayımladığı yarıçılpaq şəkilləri izləyicilərini qıcıqlandırıb. Onlar Kərimin ünvanına müxtəlif tənqidlər yazıblar.

Abbasov tənqidlərə cavab verərək, məqsədinin hər kəsə məsləhət vermək olduğunu deyib:

“Niyyətim özümü göstərmək deyil. Niyyətim yaxşı şeyləri təbliğ etməkdir və gənclərdə həvəs yaratmaqdır. İdman edin və dəyişin”.