Məşhurlar “Jara-2018”-də - Fotolar

Məşhurlar “Jara-2018”-də - Fotolar
6578 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlanıb.

Axşam.az xəbər verir ki, qırmızı xalıdan "Qlyukoza", Qriqori Leps və "Cosmos girls", Artik və Asti, Soqdiana, Ani Lorak, Sergey Lazarev, "Qradusı" qrupu və başqaları keçiblər.

"Qlyukoza" bu festivalı bütün ili gözlədiyini söyləyib. Ani Lorak Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacağını bildirib. Sergey Lazarev festivalın adının Bakının iqliminə uyğun olduğunu qeyd edib.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.