"Şou-biznesi yaradan mənəm" - Aygün

"Şou-biznesi yaradan mənəm" -  Aygün
1850 dəfə oxunub
  • A-
  • A
  • A+
"Danışır qəbul etmirəm. Hər kəs danışanda öz mədəniyyətini nümayiş etdirir. Orada təbii ki, mən yoxam. Neqativ danışmaq istəyən, qeybət edənlərə "blok" qoyuram. Eşidirəm, amma eşitmirəm kimi davranıram".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişində deyib. Müğənni şou-biznesdən uzaqlaşdığını söyləyib:

"Şou-biznesi yaradan mən və şou-biznesdən bu qədər uzaq olan da mən. Gecə həyatı demək olar ki, yoxdur məndə. Məsələn, dostlarım üzümə həsrətdirlər. Onlar məni səhər tezdən görə bilərlər. Bir çox məsafələr var ki, onları qoruyub saxlamaq lazımdır".