Britni Spirs uşaqları üçün ödədiyi pulun miqdarını artırdı

Britni Spirs uşaqları üçün ödədiyi pulun miqdarını artırdı
882 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Britni Spirslə keçmiş əri Kevin Federlayn arasındakı məhkəmə prosüsi hələ də davam edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Kevin uşaqlar üçün Spirsin ödədiyi alimentin artırılmasını tələb edir. İndi isə məhkəmə prosesi ilə bağlı yeni məlumatlar açıqlanıb. Bildirilib ki, Britni nəhayət, ərinin istəyi ilə razılaşıb.

Mənbənin xəbərinə görə, Spirslə Federlaynın razılığı arasında təkcə pul yox, başqa məqamlar da var. Bunlar isə sir saxlanılır. 2007-ci ildə boşanan ifaçı ərinə uşaqlarına baxması üçün ildə 20 min dollar ödəyirdi. Avqustda isə məhkəmə Britninin keçmiş ərinə bəzi xərclərə görə 110 min dollar ödəməsinə qərar verib. Onun bundan sonra ödəyəcəyi alimentin isə miqdarı açıqlanmayıb.

Müğənninin və rəqqasın köməkçiləri məsələ ilə bağlı açıqlama verməkdən qaçıblar.

Qeyd edək ki, bir vaxtlar içki içib, narkotikdən istifadə edən Britninin övladları Şon Preston və Ceyden Ceymson atalarının himayəsinə verilib.

Federlayn alimentin artırılmasını tələb etsə də, Spirs uzun müddət bununla razışlaşmayıb. O, ödədiyi pulu Kevinin təkcə bundan olan uşaqlarına yox, digər nikahdan dünyaya gələn övladlarına da xərclədiyini söyləyirdi.