Elvindən xanımına qadağa: "Aparıcılıq etməyəcək"

Elvindən xanımına qadağa:  "Aparıcılıq etməyəcək"
3116 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev "Zaurla Günaydın" verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, sənətçi efirə həyat yoldaşı, keçmiş aparıcı Afət Abdullayeva ilə birlikdə qatılıb.

Afət efirdən uzaqlaşmasının səbəbini açıqlayıb. O bidlirib ki, həyat yoldaşı ona aparıcılıq etməyə icazə vermir:

"Hələ nişanlı olanda dedi ki, "Artıq aparıcılıqdan əl çək". Mən də etiraz etmədim".

Afət Elvinin kliplərinə artıq rejissorluq etmədiyini söyləyib. O, çəkiliş zamanı bir çox narazıçılıqlar yaşadıqlarını deyib:

"Elvin özü də yaradıcı insandır. Bəzən sözlərimiz üst-üstə düşmür. Ona görə də artıq onun kliplərinə rejissorluq etmirəm".