"Meral Konratı özümə aşiq etməyi çox istəyirdim" - Fəxrəddin Manafov

"Meral Konratı özümə aşiq etməyi çox istəyirdim" -  Fəxrəddin Manafov
2544 dəfə oxunub
  • A-
  • A
  • A+

Çılğın və ehtiraslı sevgi yaşamalarına baxmayaraq, onlar sonadək birlikdə ola bilmədilər.

Türk aktrisası Meral Konrat və Azərbaycanın xalq artisti Fəxrəddin Manafov aradan düz 20 il keçməsinə baxmayaraq, hamı üçün hələ də Təhminə və Zaur kimi qalmaqda davam edirlər. Rasim Ocaqovun yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında lentə aldığı filmin qəhrəmanları ilk dəfə uğursuz məhəbbətləri haqqında danışıblar.

Meral Konrat "Təhminə" haqqında:

Təhminə Zaura görə hər şeyindən keçdi: ərindən boşandı, işindən ayrıldı, nüfuzu ləkələndi, eqşinə görə olmazın tənə və hədələrlə üzləşdi. Heç bir çətinlik Təhminəni sevgisindən döndərə bilməzdi. O, Zaurun qətiyyətlilik gözləyərək, bütün hədə-qorxulara birlikdə sinə gərmələrini arzulayırdı. Ancaq Zaur bunu bacarmadı.
Təhminənin isə bu sevgi mübarizəsindən əl çəkməsinin başlıca səbəbi onun sonsuz olması idi. O başa düşürdü ki, qadın kimi Zaura bəlkə də dünyaları bəxş edə bilər, ancaq heç vaxt övlad verə bilməyəcək.

Fəxrəddin Manafov "Zaur" haqqında:

Zaur - bu gün də bizimlə olan tipajdır. Biz azadlığın dadını bilməyən və bilmək istəməyən belə zaurlarla əhatə olunmuşuq. Bu, onların ən böyük faciəsidir.
Təəssüflər olsun ki, Zaur qorxusuz və danlaqsız yaşamağı bacaran cəngavərə çevrilə bilmədi. Əgər onun Təhminə kimi qadına görə mübarizə aparmağa cəsarəti çatmırdısa, indi onu fenomen kimi müzakirə etməyə dəyməz. Fəxrəddin Manafov isə Zaurdan fərqli olaraq, dəlicəsinə sevə və eşqi uğrunda hər şeyindən, hətta canından belə keçməyə hazır adamdır.

Cütlük aralarında sevgi münasibətlərinin olub-olmamasına da aydınlıq gətirib. Fəxrəddin Manafov Meral Konratın həyatı ilə bağlı bir hadisəni yada salıb:

Meral 20 il əvvəl həyatında böyük sevgi yaşayırdı. O, həmin şəxsə dəlicəsinə aşiq olmuşdu və bütün boş vaxtını, pullarını telefon danışıqlarına sərf edirdi. Peterburqda çəkiliş aparılanda onun yuxusuzluqdan necə əziyyət çəkdiyini indiyədək xatırlayıram. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki... Bunun əvəzində Meralın sevgisi çox gözəl şəkildə rolunda öz əksini tapdı.

mənbə: buro247.az