200-dən çox əməliyyat olunan qadının son istəyi həkimləri şoka saldı - Fotolar

200-dən çox əməliyyat olunan qadının son istəyi həkimləri şoka saldı - Fotolar
7799 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçirdiyi saysız-hesabsız estetik əməliyyatlarla adından söz etdirən Piksi Foks son istəyi ilə həkimləri şoka salıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cizgi filmi qəhrəmanına bənzəmək üçün 200 dəfə bıçaq altına yatan Piksinin son istəyinə həkimlər “Yox” deyib.

Məlumata görə, Piksi həkimlərin də iştirak etdiyi proqrama qatılıb və baş dərisini yeniləmək, saçlarını tamamilə dəyişmək istədiyini bildirib. Bunu eşidən həkimlər təəccüblənib və bunun mümkün olmadığını söyləyiblər.

Son olaraq çənəsini kiçildən Foks bundan əvvəl belini incəltmək üçün qabırğalarını çıxartdırıb, göz rəngini dəyişdirib. Bundan başqa o, sinəsini, ombasını böyüdüb, burnunu kəsdirib, dodaqlarına dolğu vurdurub və bədənində digər dəyişiklik etmək üçün dəfələrlə əməliyyata girib.