Elza Seyidcahanın İnstaqramı bloklandı: “Lənətə gəlmişlər”

Elza Seyidcahanın İnstaqramı bloklandı: “Lənətə gəlmişlər”
1212 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahanın İnstaqram hesabı bloklanıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə açıqlama verib və bu sözləri deyib:

“Əslində heç də pis olmadım. O izləyiciləri süni yığmamışdım. İnstaqram olmasa da media, insanlar mənim arxamdadır, izləyirlər. Sənətimlə öndəyəm, instaqramla yox. 1-2 gün dincəlib qalmaqaldan uzaq olacam”

Seyidcahan “Sizcə, bun son günlər qalmaqal yaşadığınız Nazpəri Dostəliyeva və Kərim Abbasovun işi ola bilər” sualına isə belə cavab verib:

“Elzaya ilişənin cavabını Allah verəcək. Murdar adamlar murdar, yaxşı adamlar yaxşı işlə məşğul olurlar. Od olmayan yerdən tüstü çıxmır. Hər şey aydınlaşacaq. Amma bunu heç kim etməyib. İnstaqram özü edib”.