Üz quruluşuna görə makiyaj etməyin qaydaları - Fotolar

Üz quruluşuna görə makiyaj etməyin qaydaları - Fotolar
3974 dəfə oxunub
  • A-
  • A
  • A+

Üz quruluşunuzun necə makiyaj etməniz haqda sizə mesaj verdiyini bilirdinizmi?

Axşam.az xarici mediaya istinadən üz qruruluşunuza görə düzgün makiyaj qaydaları barədə məlumat verir:

Yumru və oval şəkilli üzlər - bu tip üzə malik xanımlar açıq tonlardan istifadə etməlidirlər. Göz və dodaq makiyajını eyni anda qabarıq etmək olmaz. Gözlərinizi nəzərə çarpan edirsinizsə, dodağınıza açıq rəng dodaq boyası, dodağınızı qabarıq göstərmək istəyirsinizsə, gözlərinizə açıq rəng ten vura bilərsiniz.



Kare şəkilli üzlər - bu tip üzlərin yumru tgörünməyi üçün almacıq sümüyünün üst hissəsinə ənlik vurulmalıdır. Alın və burun hissəyə iki ton kirşan qarışdırıb vursanız, daha təbii görünərsiniz.



Uzun şəkilli üzlər - bu cür üzə sahib xanımlar mütləq kontur vurmağı bacarmalıdırlar. Çənə və alın hissəyə tünd, qalan hissələrə isə açıq rəngli kirşandan istifadə edilməlidir.



Ürək şəkilli üzlər - doğru makiyaj etsəniz oval formalı üzə sahib ola bilərsiniz. Bunun üçün çənə və alın hissəyə diqqət edin. Bu hissələrə təbii tonlar vurun, yanağa da açıq rəngli ənlik çəkin. Bu tip üzlərdə gözləri vurğulamaq önəmlidir. Ona görə gözlərinizdə tünd rənglərdən istifadə edin.