Amerikalı müğənni klip çəkilişində özünü güllələdi - Video

Amerikalı müğənni klip çəkilişində özünü güllələdi - Video
11988 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı kantri ifaçısı Castin Karter özünü güllələyib.

Axşam.az “The Sun”a istinadən xəbər verir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Belə ki, o, özünü klip çəkdirən zaman rekvizit kimi istifadə olunan tapançadan atəş açıb. Açılan güllə onun başına tuş gəlib. Castin hadisə yerində vəfat edib.

35 yaşlı müğənninin anası Sindi Maklellen bildirib ki, hadisə ötən bazar günü baş verib.

Onu da bildirək ki, Karter yaxın günlərdə tamaşaçılarına konsert verməyi planlaşdırırdı.