Arvadına 200 min ödəməsə, 3 milyonluq evi satılacaq

Arvadına 200 min ödəməsə, 3 milyonluq evi satılacaq
12190 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Yavuz Bingöl eks-arvadı Öykü Gürmana boşanma protokuluna yer alan 200 min lirə təzminatı ödəməsə, 3 milyon lirə dəyərində olan evi satışa çıxarılacaq.

Axşam.az xəbər verir ki, bu barədə “Sabah” nəşri yazıb.

Bildiirilir ki, cütlük 2015-ci ildə evlənib və səkkiz ay sonra boşanıb. Məhkəməyə əsasən, Yavuz Öyküyə 100 min lirə maddi, 100 min lirə isə mənəvi təzminat ödəməlidir.

Lakin aradan üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, o, ödənişi etmir.

Aktrisanın vəkili isə məsələyə qarışaraq Bingölün Balıkesir ərazisində yerləşən villasının 3 milyon 50 min lirə dəyərində satılmasını tələb edib.

Əgər bir neçə gün ərzində ödəniş olunmasa, villa satılacaq.

Qeyd edək ki, Öykü Gürman hazırda “Sen anlat Karadeniz” serialında rol alır.