Sinə görüntüsü ilə müzakirəyə çevrilən aktrisadan açıqlama

Sinə görüntüsü ilə müzakirəyə çevrilən aktrisadan açıqlama
6351 dəfə oxunub
  • A-
  • A
  • A+

“Gürzə” filmindəki Ziba roluna görə, son günlər sosial şəbəkələrdə tənqid hədəfi olan aktrisa Dilarə Nəzərova ona ünvanlanan ittihamlara cavab verib.

 Axşam.az  AzNews.az-a  istinadən xəbər verir ki, aktrisa açıqlamasında bildirib ki, bu obrazın onun şəxsi həyatına heç bir aidiyyatı yoxdur:

“Bilmirəm o şəkilləri kim, necə və hansı məqsədlə yayıb. Demək istəyirəm ki, o geyimin və rolun mənim şəxsiyyətimə heç bir dəxli yoxdur. O filmdir, obrazdır. Obraza münasibətlərini bildirsinlər. Film 5 il əvvəl çəkilib və televiziyada nümayiş etdirilib. Qəribədir ki, bu görüntülər indi saytlarda yayımlanır. O obraz o tip qadınlara qarşı bir etirazdır”.

Aktrisa bu görüntülərinin 5 il sonra ortaya çıxarılmasının, həmkarları ilə bağlı olduğunu istisna edir:

“Bütün həmkarlarımla gözəl münasibətlərim var. Düşünmürəm bu hansısa həmkarımdan qaynaqlanan məsələdir. Çox güman ki, həmin fotoların yayımlanması sayt adminlərinin savadsızlığından irəli gəlir”.

Qeyd edək ki, aktrisa “Gürzə” filminə 2009-cu ildə çəkilib və burda yüngül həyat tərzi keçirən Ziba obrazını canlandırıb.