"Geyimlərimi xaricdən alıram"

"Geyimlərimi xaricdən alıram"
4566 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynalova alış-verişindən danışıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı geyimlərini yalnız xaricdən aldığını deyib:

"Xaricə gedən zaman qarderobumu yeniləyirəm. Buradan paltar almağı xoşlamıram. Çünki toylarda çox oluram, geyindiyim libasa başqalarında rast gəlirəm. Bunu sevmirəm. Bu cür hallarla qarşılaşmamaq üçün geyimlərimi xaricdən almağa çalışıram. Alış-veriş zamanı əsasən brend ayaqqabı və çantaya üstünlük verirəm. Ayaqqabılarıma çox pul xərcləməkdən çəkinmirəm. “Yves Saint Laurent” brendini xoşlayıram. Alış-verişə birdəfəlik 5 min manat xərclədiyim vaxt da olub. Bu yaxınlarda istirahətə getmişdik. İki gün İstanbulda qaldıq, qarderobumu yenilədim".