Kənan müğənniylə qardaşını döyüb - rəsmi açıqlama

Kənan müğənniylə qardaşını döyüb - rəsmi açıqlama
7009 dəfə oxunub
  • A-
  • A
  • A+

Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər.

Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Vüqar Muradov "Yeni Ulduz" yarışmasının iştirakçısı olub.