“Bu şəhərdə” beş gün konsert verəcək

“Bu şəhərdə” beş gün konsert verəcək
5332 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu şəhərdə” komandası növbəti konsertə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, budəfəki tamaşa “UZİ-n ağ olsun” adlanır. Konsert oktyabrın 10-u, 11-i, 12-si, 13-ü və 14-də Heydər Əliyev Sarayında baş tutacaq.

Qeyd edək ki, komandanın aktyorları Rəfael İsgəndərov, Coşqun Rəhimov və ssenarist Müşviq Abbasov tələbat olarsa, konsert gününü artıracaqlarını bildirib. Bu dəfə də bir çox məşhurlar parodiya olunacaqlar. Onların arasında “Eurovision” mahnı müsabiqəsinin builki qalibi Konçita Vurst da yer alacaq. Onun obrazını C.Rəhimov canlandıracaq.