Bəhramdan övladlarına qadağa

Bəhramdan övladlarına qadağa
2766 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakılı oğlanlar” komandasının aktyoru Bəhram Bağırzadə övladlarına qoyduğu qadağadan danışıb.

Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişində qonaq olan aktyor müasir musiqidən bəhs edib:

“Mən övladlarıma müasir mahnılara qulaq asmağa icazə vermirəm. Olmaz... Mənim atam, babam muğam dinləyib. Biz bununla tərbiyə almışıq. Övladım da bu cür böyüyəcək. Mənim avtomobilimdə caz, Flora Kərimova, Akif İslamzadə mahnıları səslənir. Xarici sənətçiləri də dinləyirəm. Bizi kinolara aparırdılar, oxuduğumuz əsərlər əsasında çəkilən filmlərə baxırdıq. Səhəri gün onu müzakirə edirdik. Musiqi də belədir. Buna görə də, gənclərimizi istiqamətləndirmək lazımdır. Bu cür halları onlara aşılamalıyıq. Çox xoşbəxtəm ki, bizim Şahin Növrəslimiz, İsfar Sarabski kimi ifaçılarımız var.
Bayağı musiqiçilərin bu gün tanınmasında günahkar televiziyadır. Onları efirə çıxarırlar, yayırlar. Bu, faciədir. Sovet dövründə belə oxuyanları heç vaxt efirə qoymazdılar.
Allah Üzeyir Hacıbəyova rəhmət eləsin. Konservatoriyanı yaratdı. Burada kənddən gələn də, şəhərli də bir arada idi. Milli musiqini də, xaricini də dinləyirdilər. İndi böyük faciə baş verdi, konservatoriyanı ayırdılar: Avropa musiqisi başqa yerə köçürüldü. Bu bizi 30 il geri atdı. Milli mahnı dinləyənin Avropa musiqisindən xəbəri olmayacaq".