Zaur aktyora söz atdı: “... sən çaşdın”

Zaur aktyora söz atdı: “... sən çaşdın”
3001 dəfə oxunub
  • A-
  • A
  • A+
Yumor ustası Fərda Xudaverdiyev “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Zaur Kamal aktyorun şalvarının rəngini bəyənməyib. Efir boyu ona söz atan Zaur “Bu nə şalvardır? Sənə göy, qırmızı, sarı geyinmək yaraşmaz, birtəhər olar. Mənim yuxarıda qara şalvarım var, get onu geyin” deyib.

Fərda isə Z.Kamala “Sən mənə sataşdın, mən də sənə söz atacam” cavabını verib.

Daha sonra aparıcı aktyora “Fərda, qurd harada olur” sualını ünvanlayıb.
 
F.Xudaverdiyevin “Bütün azərbaycanlıların içində. Səndə də var, hələ öldürməmisən” cavabı qarşı tərəfi əsəbləşdirib:

“Fərda, burada çaşdın. Xalq barədə elə söz deyə bilmərik. Bəzi insanlar haqqında söyləmək olar”.