Hadisədən “Nəfsini saxlaya bilmir” sözlərinə cavab

Hadisədən “Nəfsini saxlaya bilmir” sözlərinə cavab
2255 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisə ilə keçmiş dietoloqu Şeyda Coşqun arasında qalmaqal yaranmışdı.
 
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, müğənni Ş.Coşqunun “Hadisə nəfsinə sahib ola bilmədi. Arıqlayanda şəkillər çəkdirib sosial şəbəkədə paylaşdı, indi isə kökəldiyini deyir. Pəhriz iradə və nəfsdən asılıdır” sözlərinə cavab verib.
 
O, “2 il əvvəl onunla çalışdım. Sonra haqqında heç bir şey söyləmədim. Amma bilmirəm, niyə hələ də arxamca danışır. Belə şeylərə fikir vermirəm, işimlə məşğulam”, deyə bildirib.

Qeyd edək ki, Hadisənin sosial şəbəkədə saxladığı pəhrizdən 6 ay sonra kökəlməsi barədə yazmasına keçmiş dietoloqu Şeyda etiraz edərək, bunun onun tətbiq etdiyi qida rejimi ilə heç bir əlaqəsinin olmadığını söyləmişdi.