Sevgililəri ilə dövlət idarə edən prezident - fotolar

Sevgililəri ilə dövlət idarə edən prezident -  fotolar
7174 dəfə oxunub
  • A-
  • A
  • A+

2004-cü ildə “Qızılgül inqilabı” ilə Gürcüstanda hakimiyyətə gələn Mixail Saakaşvili 2013-cü il noyabrın 16-da məcburən siyasətə vida etdi.

Prezidentliyi müddətində kifayət qədər siyasi qalmaqalların yaşandığı Gürcüstandan baş götürüb ABŞ-a gedən Saakaşvili əslində indi də gündəmdədir. İndi hakimiyyətdə olan rəqibləri keçmiş dövlət başçısını bir çox məsələlərdə ittiham edir və onun cavab verməsini istəyirlər.

Axşam.az Modern.az saytına istinadən xəbər verir ki, ölkənin baş prokurorluğu keçmiş prezidentə qarşı bir neçə maddə üzrə ittiham da irəli sürüb. Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də dinc aksiyanın qanunsuz dağıdılmasında, “İmedi” televiziya şirkətinin özününküləşdirilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qanunsuz mənimsənilməsində və digər əməllərə görə ittiham olunur.

Gürcüstanın keçmiş dövlət başçısının adı hakimiyyətdə olduğu illərdə də həm siyasi, həm də hərdən məişət səviyyəsində qalmaqallarda hallanırdı. Yerli və bəzi xarici KİV-lərdə Saakaşvili belə demək mümkünsə, ən arvadbaz prezident kimi də təqdim olunurdu. Təsadüfi deyil ki, prezidentlik kürsüsündən ayrılan kimi onun adı yenə seks qalmaqallarında çəkilib. Gürcüstan mediası hətta konkret adlar çəkməklə keçmiş prezidentin təkcə siyasi gedişləri ilə yox, həm də şəxsi həyatı ilə tarixə düşdüyünü iddia edir. İddialar həqiqətən realdırsa, onda Saakaşvilinin 10 illik prezidentlik dövründə təkcə siyasi qalmaqallara yox, eyni zamanda əyləncələrə vaxtının getdiyini söyləmək olar.

Saakaşvili kimləri sevirdi?



Mübahisəsiz bu siyahıda birinci yerdə iqtisadiyyat və stabil inkişaf naziri Vera Kobalia gəlirdi. Saakaşvili ilə Veranı idmana sevgi birləşdirirdi. Onlar 2010-cu ildə Kanadada keçirilən Qış Olimpiya Oyunlarında tanış olmuşdular. Saakaşvilinin sevgilisi Vera Kobaliya – qalmaqallı sözdür... Onun yüksək vəzifəyə təyinatından sonra internetdə yayımlanan fotoda klublardan birində guya stripterzerlərin əhatəsində rəqs edir. İqtisadiyyat nazirinin bu əcaib hobbisi həqiqət idimi? Kobaliya özü fotonu yalan məlumat adlandırıb. Ancaq gürcülər buna inanmayıblar.



Daha bir cəlbedici nazir - bu cəzaların icrası nazirliyinin rəhbəri, Xatune Kalmaxelidze olub. Yeri gəlmişkən, o zaman Gürcüstanda bir çoxları iddia edirdi ki, dövləti Saakaşvilinin 6 sevgilisi idarə edir. Bu gözəl-göyçək xanımları keçmiş prezidentin yataq nazirləri də adlandırırdılar.

Xatuneyə gəldikdə, o, bu idarəyə 2009-cu ildə rəhbərlik edib. Saakaşvilinin sevgilisi olduğu iddia edilən Xatune bundan əvvəl Xarici İşlər Nazirliyində işləyib, ali təhsilini isə Saakaşvili ilə birgə ABŞ-da alıb.



Saakaşvilinin daha bir sevgilisi olduğu iddia edilən Nino Kalandadze xarici siyasət idarəsində müavinlərdən biri olmaqla kifayətlənib. Qeyd edək ki, Ninanın sevgili kimi bir nömrəli favorit sayılan xanımdan daha fərqli və kifayət qədər güclü tərcümeyi-halı olub. O, keçmiş deputat, ixtisasca hüquqşünas idi. Prezidentlə təyyarədə tanış olmuşdu, sonra onunla birgə idmanlara gedirdi...



Saakaşvilinin sevgililəri sırasında göstərilən müğənni Sofo Nijaredze də Xarici İşlər Nazirliyində işləyib. Onun Saakaşvilidən əvvə rusiyalı məşhur hokkeyçi Pavla Bure ilə də sevgi macərası yaşadığı bildirilir. Sofo Gürcüstanı “Eurovision-2010”da təmsil edib.



Saakaşvilinin sevgililərindən birinin də Mədəniyyət Nazirliyində “yaşadığı” iddia olunub. Ağızdan o qədər də xeyirxah olmayan insanlar iddia edirdilər ki, Nina Tsikrialaşvili Gürcüstan prezidenti ilə olan fotosunu “Odnoklassnik”də yerləşdirib.



Saakaşvilinin sevgililəri siyahısına jurnalist Alana Qaqloeva da düşüb. O 2005-ci ildə 21 yaşı olanda İctimai Televiziyada aparıcı işləyib. Sonra Saakaşvili onu özünün mətbuat katibi götürüb. Daha sonra isə Prezident Administrasiyasında milli azlıqların məsələləri üzrə işçi qrupa rəhbərlik edib. “Sarı” mətbuat iddia edirdi ki, Alana hətta prezidentdən Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsla eyni vaxtda hamilə də qalıb.

Gözəl, ingilis dilində səlis danışan Alana Gürcüstan prezidentini bütün səfərlərdə müşayiət edirdi. Onların sevgi romanı haqda hətta şayiələr Sandra Rulovsa da çatıbmış. Sandranın bu söz-söhbətlərə son qoymaq üçün Qaqloevlə kafelərdən birində qalmaqalı düşdüyü də bildirilirdi. Bu qalmaqalın həllinə Saakaşvilinin nüfuzlu dostlarının qoşulduğu da iddia edilirdi. Sandra hətta qəti tələb edirmiş ki, prezidentin sevgilisi abort etdirsin. Ancaq sən demə, artıq gec imiş, Qaqloeva həmin vaxt 7 aylıq hamilə olub.

O, abortdan imtina edib, ancaq Saakaşvili özü Alanadan uşaqdan xilas olmasını tələb edibmiş. Hətta iddia edilirdi ki, atası faktiki olaraq oğlunu öldürüb. Sonradan isə qalmaqalı yatırmaq üçün Prezident Administrasiyası şayiə yayıb ki, Alana hər şeyə rəğmən uşağını dünyaya gətirib.

Saakaşvilinin sevgililəri arasında siyasətçi Maya Nadiradze və onun mətbuat katibi Marika Verulaşvilinin də adları çəkilir.

Saakaşvilinin ukraynalı sevgilisi



Ukraynalı müğənni İvanna Melayın Mixail Saakaşvili ilə yaxın münasibəti olub. Bu haqda Ukraynanın bəzi saytlarına bir mənbə məlumat verib. Zakarpatya vilayətindən olan və yenicə müğənniliyə başlayan 25 yaşlı İvanna ilə Gürcüstan prezidentinin münasibətindən yerli mətbuat da yazırdı. KİV-də verilən məlumatlarda qeyd edilirdi ki, İvanna və Saakaşvili Svanetiyada görüşüblər, yenilənmiş Mestiyanın təntənəli açılışı zamanı.dövlət başçısı qızın mahnılarına  və rəqsinə valeh olubmuş. Guya məhz bundan sonra İvanna Ukrayna televiziyasındakı müəllif verilişini ataraq Gürcüstanda yaşamağa gəlib. Saakaşvili ilə Melayın dostluğu nəticəsində müğənninin “Birinci Qafqaz” teleşirkəti ilə 6500 min larilik müqavilə imzaladığı da bildirilir. Bu məbləğin Gürcüstanın dövlət büdcəsindən ayrıldığı iddia olunurdu. Saakaşviliyə sevgisi hesabına Batumidə solo konsertlər verən Melayın üzünə buradakı “Şeraton” və “Redisson” otellərinin qapıları həmişə açıq olurmuş.

İvanna Gürcüstana 2011-ci ildə - “PİK” telekanalındakı müəllif proqramının müəllifi olanda gəlib. Ukraynalı müğənni onu müşayiət edən çəkiliş qrupu ilə demək olar bütün Gürcüstanı, eləcə də bir neçə Avropa ölkəsini dolaşıb.

 2011-ci ildə İvanna “Ana, mən gürcünü sevirəm” mahnısını yazdırıb, bu mahnı “Radio Abxaziya”nın hit-paradında qalib olub və “İlin mahnısı” mükafatını alıb. Qeyd edək ki, klipdə çəkilən oğlan xarici görünüşcə Gürcüstan prezidentinə oxşayırmış.