Ledi Qaqa İstanbuldadır – fotolar

Ledi Qaqa İstanbuldadır – fotolar
2103 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Ledi Qaqa Türkiyədədir.
 
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, Atatürk Hava Limanında pərəstişkarları tərəfindən sevinc və göz yaşları ilə qarşılanan sənətçi sentyabrın 16-da İstanbulda konsert proqramı ilə çıxış edəcək.

Xüsusi təyyarəylə hava limanına enən L.Qaqa fanatları ilə bol-bol şəkil çəkdirib. Libası və davranışlarıyla diqqət çəkən pop ulduz daha sonra qalacağı otelə yollanıb.
Qeyd edək ki, bu, Ledi Qaqanın ilk Türkiyə səfəridir. Həmin səyahət üçün ifaçının üçün xüsusi planları var.
 
O, əvvəlcə türk hamamına gedib, lokum yemək istədiyini söyləyib. Müğənni qardaş ölkəyə 144 nəfərlik bir heyətlə yollanıb. Onun özü ilə səhnə geyimləri üçün 14 qarderob apardığı öyrənilib.