“Boşandığını öyrənəndə çox sevindim”

“Boşandığını öyrənəndə çox sevindim”
3835 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda radio aparıcısı Rza Əsəndəmirlə nikah masasına əyləşən türkiyəli müğənni İrəm Dərici jurnallardan birinə müsahibə verib.
 
Axşam.az-ın acunn.com-a  istinadən məlumatına görə, bir-birindən maraqlı açıqlamalar edən ifaçı həyat yoldaşına ilk baxışdan aşiq olduğunu deyib:
 
“Radio verilişində çıxış edirdim. Rzanı görən kimi ona vuruldum. Amma evli olduğunu düşünüb öz-özümə “İnşallah ölərsən, İrəm” dedim. Reklam fasiləsində tez internetə girib araşdırdım və onun boşandığını öyrənəndə çox sevindim”.