Saakaşvili ailəsinin əmlakına həbs qoyuldu

Saakaşvili ailəsinin əmlakına həbs qoyuldu
895 dəfə oxunub
  • A-
  • A
  • A+
Tbilisi məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ailəsinin əmlakına həbs qoyub.
 
Axşam.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, sabiq prezidentin vəkili Otar Kaxidze bəyan edib ki, onların arasında torpaq sahələri, Tbilisidəki ev və avtomobillər var.
 
“Prokurorluğun qərarında həbsin səbəbləri açıqlanmır”, deyə Kaxidze bildirib.
 
Xatırladaq ki, Gürcüstan prokurorluğu Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb, onun barəsində axtarış elan edilib.