Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi
1847 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı aktrisa Polli Bergen 84 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə aktrisanın meneceri Cudi Katz xəbər verib.

1930-cu ildə Tenessee əyalətində dünyaya göz açan Polli karyerasına 1950-ci ildə başlayıb. 1958-ci ildə Helen Morqan rolunda çəkildiyi “Playhouse 90: The Helen Morgan Story" (“Oyun otağı 90: Helen Morqanın hekayəsi”) serial ilə “Emmi” mükafatına layiq görülüb. 1962-ci ildə baş rollarını aktyorlar Qreqori Pek və Robert Mitkumla paylaşdığı məşhur “Cape fear” (“Qorxu burnu”) filmi ilə bütün dünyada şöhrət qazandı.

Bir çox ekran işində çəkilən P.Bergen "Desperate Housewives" (“Ümidsiz ev qadınları”) serialında Stella Vinqfild obrazını canlandırmış və yenidən “Emmi” mükafatına namizəd göstərilmişdi.

Qeyd edək ki, P.Bergen xroniki ağciyər xəstəliyindən əziyyət çəkirdi.