Seksual müğənni yenidən Bakıya gəlmək istəyir - fotolar

Seksual müğənni yenidən Bakıya gəlmək istəyir - fotolar
5584 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya və Ukraynanın tanınmış müğənnisi, “VİA Qra” qrupunun keçmiş solisti Vera Brejneva Tbilisidə “Shangri La” istirahət mərkəzində çıxış edib.

Axşam.az-ın məlumatına görə, sənətçi repertuarında olan hitləri və yeni mahnılarını səsləndirməklə əsl şou yaradıb. Müğənninin ehtiraslı rəqs hərəkətləri onu izləməyə gələnləri bir daha özünə heyran edib. Vera daha sonra bir qrup xanımı səhnəyə çağırıb və onlarla birlikdə “VİA Qra” qrupunun keçmiş günlərini xatırlayıblar. 

Qeyd edək ki, təşkilatçılar bir neçə azərbaycanlı jurnalisti də sözügedən konsertə dəvət edib. Tədbirdən öncə media mənsubları ilə görüşən V.Brejneva ölkəmiz haqda xoş sözlər deyib.



O bildirib ki, sənətçilərimiz arasında yalnız Emin Ağalarov, Eldar Qasımov və Nigar Camalı tanıyır:

“Mən yenidən Azərbaycana yollanmağı çox istəyirəm. Sonuncu dəfə keçən il “Sea Breeze” otelində konsert verdim. Havalar soyumadan bir daha ölkənizə səfər etmək yaxşı olardı”.