Keçmiş sevgilisi ilə evlənmək istəyir – fotolar

Keçmiş sevgilisi ilə evlənmək istəyir – fotolar
2013 dəfə oxunub
  • A-
  • A
  • A+
“Arka sokaklar” serialından Məsud rolu ilə tanınan türkiyəli aktyor Şövkət Çoruh keçmiş sevgilisi, plates məşqçisi Pamelaya evlilik təklifi edib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Hindistana səfərə hazırlaşan Pamela aktyordan bu barədə düşünmək üçün vaxt istəyib. Ş.Çoruh hətta sevgilisini evlənməyə razı salmaqdan ötrü yaxın dostlarını da “səfərbər edib”.

Evləri bir-birindən iki küçə aralıda yerləşən cütlük ötən həftə Anadolihisarında kafelərin birində görüntülənmişdi.

İddialara görə, Şövkət Çoruh Pamelaya ailə qurmaq təklifini də elə həmin məkanda edib.