Bu da Röya və Xəyyamın klipi - video

Bu da Röya və Xəyyamın klipi - video
2999 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxanla Xəyyam Nisanovun birgə ifa etdiyi “Sənə ehtiyacım var” adlı mahnıya çəkilən klip təqdim olunub. 

Axşam.az-ın məlumatına görə, söz və musiqi Murad Arifə, aranjimanı Rəşad Bağırova məxsus mahnı artıq hit olmağa doğru gedir.

Ekran işinin rejissoru türkiyəli Mujdat Küpşidir. Sənətçilərin imici üzərində stilist Bener Hamamcı çalışıb.

Adıçəkilən simalar daha öncə Röyanın sözləri Azər Şirinin, musiqisi Pərviz Mahmudovun olan “Mən sənsiz” adlı mahnısına çəkilən klipə də ekran həyatı veriblər.
  
"Sənə ehtiyacım var" Türkiyənin İstanbul şəhərində çəkilib.
 
Qeyd edək ki, Röyanın növbəti konsertinin də adı “Sənə ehtiyacım var”dır. Mərasim dekabrın 19-u və 20-də Heydər Əliyev Sarayında baş tutacaq.