Nüşabə Ələsgərliyə övladlarından qadağa

Nüşabə Ələsgərliyə övladlarından qadağa
3781 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Nüşabə Ələsgərliyə övladları qadağa qoyub.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda əməkdaşımızla söhbətində danışıb:

“Övladlarıma heç bir qadağa qoymuram. Onlar elə tərbiyə alıblar ki, bir baxışımdan nə demək istədiyimi başa düşürlər. Amma onlar mənə qadağa qoyub. Deyirlər, heç vaxt müsahibələrində bizdən danışma. Gənc yaşlarımda anam da mənə qadağa qoyurdu. Çox ciddi xanım idi. Evə vaxtında gəlməliydik. Dərsə gedib, oradan da birbaşa evə yollanmalıydıq. Evdə isə anama işlərində kömək etməliydik”.