Fuad Əlişovun yaddaş problemi - video

Fuad Əlişovun yaddaş problemi - video
1940 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün ATV telekanalında yayımlanan “Gündəlik” verilişində maraqlı anlar yaşanıb.

Axşam.az xəbər verir ki, canlı yayımın qonağı olan rejissor Fuad Əlişovun aparıcının "Deyəsən, çoxdandır klip çəkmirsən" sözlərinə cavabı təəccüb doğurub.

Belə ki, F.Əlişov sonuncu dəfə iki-üç əvvəl klip çəkdiyini deyib:

"Kimə çəkdiyim yadımda da deyil".

Rejissorun bu açıqlamasında maraqlı məqam onun çox deyil, ay yarım öncə müğənni Zamiq Hüseynova, bir neçə gün öncə isə Günay İbrahimliyə klip çəkməsidir.

Qeyd edək ki, bir müddət əvvəl “Kimdir nömrə 1?” musiqi yarışmasına qatılan, daha sonra fikrini dəyişdirərək müsabiqəni tərk edən G.İbrahimlinin bu davranışına görə ATV-nin “qara siyahısı"na düşdüyü bildirilir. Rejissorun Günayın adını canlı efirdə çəkməməsinə bu qadağanın səbəb olduğu ehtimal edilir.