Tina Ternerin 75 yaşı tamam oldu

Tina Ternerin 75 yaşı tamam oldu
1223 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın əfsanəvi müğənnisi Tina Terner dünən 75 illik yubileyini qeyd edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əsl adı Anna Mey Bullok olan Tina Tennessi ştatının Natbuş şəhərində fermer ailəsində dünyaya gəlib. Onun 10 yaşı olanda valideynləri ayrılıblar.

Bundan sonra Tina ilə bacısını nənələri böyüdüb. Tina 16 yaşında musiqi karyerasının başladığı Sent-Luisə gedir və orada gələcək əri, musiqiçi Ayk Ternerlə tanış olur. İfaçının Aykla evliliyi 16 il davam etsə də, o, özünü heç vaxt xoşbəxt saymayıb. Buna səbəb isə həyat yoldaşının narkotik asılılığı və tez-tez onu döyməsi olub. Tina ikinci dəfə 73 yaşında prodüser Ervin Baxla ailə qurub.
 
Rəsmi nikaha qədər cütlüyün 27 illik münasibəti olub. T.Terner 1980-ci illərin yarısından Amerikadan Avropaya köçür və hazırda ailəsi ilə İsveçrədə yaşayır.