Əməkdar artist Tünzalə Ağayeva arzusuna çatıb.
Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında pərəstişkarı olduğu Stiv Vanderi canlı gördüyünü deyib:
“Bu yaxınlarda Amerikaya getmişdim. Əvvəlcədən bilirdim ki, Vaşinqtonda Stiv Vanderin konserti olacaq. Bilet alıb, konsertə yollandım. Bütün gecəni ayaqüstə izlədim. O emosiya elə dərəcəyə çatmışdı ki... Mən əfsanəni gördüm. Deyirdim ondan sonra mən oxumayacam. İkinci arzum da Nyu-Yorkda gerçəkləşdi. Daha sonra Çikaqoya getdim, tamaşaya baxdım. Ağzıaçıq izləyirdim”.