Oksana bunu ilk dəfə etdi - fotolar

Oksana bunu ilk dəfə etdi -  fotolar
2597 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün rəqqasə Oksana Rəsulova media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, rəqqasə “Sarı gəlin” mahnısına rəqs qurub və bunu ekranlaşdırıb. Klipdə Oksananın tərəf müqabili isə aktyor İlqar Musayevdir. Çəkilişlər Şəkidə - Xan Sarayında baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan klip O.Rəsulovanın ilk milli rəqsidir:

“Hindistanda qalib olandan sonra özümə borc bildim ki, belə bir iş ərsəyə gətirim. İlk olaraq “Sarı gəlin”dən başladıq. Bunun ardı gələcək. Çəkiliş zamanı kiçik helikopterlərdən istifadə olunub. Düşünürəm ki, yaxşı alınıb. Klipdəki tərəf müqabilim İlqar Musayev yeganə aktyordur ki, gözəl at çapa bilir”.

Tədbirdə, eyni zamanda Oksananın anası və xalası da iştirak ediblər:

“Mənim iki anam var, mən xalama da “ana” deyərək müraciət edirəm. Etiraf edim ki, mənə hind mədəniyyətini sevdirən o olub”.

Xatırladaq ki, klipin rejissoru Kənan Musayev, operatoru Elmir Süleymanovdur. Bu, Oksana ilə rejissorun sayca ikinci işidir.

Sərvər Mehtiyev

Foto: Rəşad Abbasov