Sonradan varlanan insanlar üçün kurs açılıb

Sonradan varlanan insanlar üçün kurs açılıb
2180 dəfə oxunub
  • A-
  • A
  • A+

Çinin Sarita İnstitutu yerli milyonerlər üçün süfrə mədəniyyəti, lüks markaların tələffüzü, uşaq tərbiyəsi kimi dərslərin verildiyi kurslar açıb.

Axşam.az BBC-yə istinadən xəbər verir ki, kursun əsas məqsədi Qərb dövlətlərində ziyafətlərə, iş görüşlərinə gedən varlı insanların orada “biabırçı vəziyyətə” düşməmələrinə kömək etməkdir.

İnstitutun müəlliməsi Sara Ceyn Ho İsveçrədə öyrəndiyi etika qaydalarını artıq 200-dən çox insana öyrədib, indi də işini genişləndirmək qərarına gələrək kurs açıb. Dediyinə görə, əvvəllər ancaq "Rolls Royce" sahibləri onun dərslərinə qatılırdılarsa, indi Avropa mədəniyyəti ilə maraqlanan orta təbəqədən olan evdar xanımlar, tələbələr, dövlət adamları da gəlirlər.

Maraqlıdır ki, çinlilər avropalı görünmək üçün böyük məbləğdə pul xərcləməkdən çəkinmirlər. 10 nəfərlik qrupla keçirilən yarım günlük kursun qiyməti 3243 dollardır. “Qonaq qarşılama” dərslərinin müddəti isə 12 gün, xərci 16 min dollardır.

Qeyd edək ki, Çin varlıların sayına görə Amerikadan sonra gəlir və 190 milyarderi, 2 milyondan çox milyoneri var.