Bütün dünya bu libasdan danışır - hərə fərqli rəngdə görür

Bütün dünya bu libasdan danışır - hərə fərqli rəngdə görür
16313 dəfə oxunub
  • A-
  • A
  • A+
21 yaşlı isveç müğənnisi Keytlin MakNillin “Twitter”də paylaşdığı libas bütün dünyanın müzakirə obyektinə çevrilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən bəziləri bu libası mavi üzərində qara işləməli, digərləri isə ağ üzərində qızılı işləmələri ilə görür. Dünya ulduzlarının da böyük marağına səbəb olan paltarın rənginin müzakirəsinə 7 milyondan çox şərh yazılıb.

K.MakNill açıqlama verib ki, donun rəngi əslində göy və qaradır. Libasın şəklini toya hazırlaşan rəfiqəsinin anası çəkərək qızına göndərib. Lakin bu zaman paltarı hər biri fərqli görən ana-qız arasında mübahisə yaranıb. Libasın rəngini digər insanlardan soruşanda isə fərqli cavablar meydana çıxıb.