"Həyat yoldaşımla yaxın dostuq" - fotolar

"Həyat yoldaşımla yaxın dostuq" - fotolar
6212 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ailə qurandan sonra işləmədim. Özümü qızıma və ailəmə həsr etdim. İndi yenidən çalışmağa başlamışam. Amma işim bitən kimi Natellanın (qızı-red.) yanına qaçıram”.

Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı Kamilə Babayeva deyib.

O, ən yaxın dostu və məsləhətçisinin həyat yoldaşı İbrahim Rzabəyov olduğunu da gizlətməyib:

“Xoşbəxt qadın odur ki, ailəsi arxasında dağ kimi durur, ona güc verir. Həyat yoldaşımın məsləhətinə böyük önəm verirəm. Onunla yaxın dostuq. Bir işə başlayanda yoldaşımla məsləhətləşirəm. Bilirəm ki, mənə düz yol göstərəcək. Əlbəttə, öz ağlımdan da istifadə edirəm”.

Qeyd edək ki, K.Babayeva bu yaxınlarda ATV-də efirə gedəcək "5-ci element" verilişində aparıcılıq edəcək.

Foto: Ramin ASLANOV