Məşhur aktyor vətəndaşlıq ala bilmir

Məşhur aktyor vətəndaşlıq ala bilmir
1714 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni Zelandiyada doğulan aktyor və rejissor Rassel Krou Avstraliya vətəndaşlığı ala bilmir.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 4 yaşından Avstraliyada yaşayan aktyor “Radio Times” jurnalına iki dəfə vətəndaşlıq üçün müraicət etsə də, rədd cavabı aldığını və məyus olduğunu dilə gətirib.

“Oskar”lı aktyor yeni zelandiyalıların Avstraliya vətəndaşlığına qəbulunu çətinləşdirən qanuna görə rədd cavabı aldığını deyib.

Qanuna əsasən, vətəndaşlıq almaq üçün 2000-2002-ci illərin böyük bir hissəsini Avstraliyada keçirmək şərtdir. Krou isə həmin illərdə film çəkilişlərinə görə ölkədə olmayıb.

Qeyd edək ki, R. Krou “Qladiator”, “Amerikan Gangster” kimi Hollivud filmlərində oynayıb, “Su ilahəsi” filminin isə rejissoru olub.