Hamilə qalacağı adama 500 avro pul vəd edir

Hamilə qalacağı adama 500 avro pul vəd edir
6599 dəfə oxunub
  • A-
  • A
  • A+
Rumıniyalı Adelina Albu uşağının bioloji atası olmağı qəbul edən kişiyə 500 avro verəcək.

Axşam.az CNN-ə istinadən xəbər verir ki, 25 yaşlı Albu sonu olmayan münasibətlərə vaxt sərf etmək istəmədiyini deyərək təklifini “Facebook” vasitəsilə bildirib:

“Sonu bilinməyən münasibətlərə vaxt sərf etməkdənsə, bir günlük seks üçün pul verməyi üstün tutaram. 500 avroya siz əylənin, mən ana olum”.

Təxmin edildiyi kimi, elanın altına kişilərdən çoxlu sayda şərh gəlib.

Ancaq Adelina gələn şərhlərə: “Yazılanları ciddi saymıram, axtarışa davam edəcəm”, - deyə cavab verib.