"Özünü harada xoşbəxt hiss edəcəksə, orada yaşasın"

"Özünü harada xoşbəxt hiss edəcəksə, orada yaşasın"
1977 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samira Allahverdi oğlunu hansı peşədə görmək istədiyini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Əsl şou” verilişində başının övladının imtahanlarına qarışdığını deyib:

“Əlinin sınaq imtahanları başlayıb. Oğlum 10-cu sinifdə oxuyur, 16 yaşı var. Artıq məktəbi qurtarmasına bir il qalıb. Onun universitetə girməsini arzulayıram. Oğlumun pilot olmasını istəyirəm”.

Samira aparıcının “Oğlunuzun xaricdə, yoxsa Azərbaycanda oxumasını istəyirsiniz” sualına belə cavab verib:

“Yox, elə öz ölkəmizdə oxusun. Nə olub ki, bizim dövlətə? Gözəl akademiyamız var. Oğlum özünü harada xoşbəxt, sərbəst hiss edəcəksə, qoy orada da yaşayıb təhsilini alsın. Əslində Əli hərbçi olub torpaqlarımızı geri almaq istəyir. Sadəcə, mən demişəm ki, bir az böyü, hər şey öz yerini tutacaq”.

Qeyd edək ki, Samiranın Məryəm adlı 3 yaşlı qızı da var.