"Bunu gizlətməyə haqqımız yoxdur" - Acun

"Bunu gizlətməyə haqqımız yoxdur" - Acun
9141 dəfə oxunub
  • A-
  • A
  • A+
"Survivor All Star"ın Türkiyədəki rəhbəri və aparıcısı Acun İlicalı İnstaqramda tamaşaçıların suallarını cavablandırıb.

Axşam.az gecce.com-a istinadən bəzi sualları və Acunun cavablarını təqdim edir:

- Yarışmada zədələnən oyunçunun müalicə müddəti uzun çəkərsə avtomatik olaraq yarışmadan uzaqlaşdırılması üçün qayda varmı? Məsələn, Anıl indi zədəlidir və yarışmır.

- Anılla bağlı həkimlərimiz proqramın sonuna qədər yarışa bilməyəcəyini desəydi, sizin dediyiniz baş verərdi. Lakin 1 həftədən sonra artıq yarışmaq iqtidarında olacaq. Ona görə də. biz əvvəldə bunu iştirakçının öz ixtiyarına buraxırıq.

- Efirdə iştirakçılar bəzən söyüş söyürlər, amma cəzalanmırlar.

- Heç bir şəkildə söyüş işlədilməsinə haqq qazandırmıram. Lakin bu qədər çətin şəraitdə, stress altında qeyri-ixtiyari davranışlar olması normaldır. Onların hamısını seyrçiyə göstəririk ki, yarışmaçıların bütün tərəflərini görsünlər və qərar versinlər. Bizim bunu gizlətməyə haqqımız yoxdur. 

- "Məşhurlar"ın komandası qazananda daha həvəslə alqışladığınızı hiss edirik. Bu doğrudur?

- Qətiyyən, doğru deyil. Yarışmadakı rəqabətə görə mən də həyəcanlanıram. Ancaq "Survivor"ın heç bir anında "Məşhurlar" və ya "Könüllər"in tərəfində olmamışam