"Gül bayramı"na hazırlıq başlayıb - fotolar

"Gül bayramı"na hazırlıq başlayıb -  fotolar
2439 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçiriləcək "Gül bayramı"na hazırlıq başlayıb.

Axşam.az-ın məlumatına görə, bununla əlaqədar Heydər Əliyev Sarayının qarşısında yerləşən parkda iş gedir.

Ənənəvi xarakter daşıyan "Gül bayramı" hər il mayın 10-da keçirilir.

Ötən illərdən fərqli olaraq, bu il "Gül bayramı" ilə bağlı eyni zamanda “Qış bulvarı” da bəzədiləcək.

Qeyd edək ki, bayramla bağlı hər il ölkəmizə Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən müxtəlif növdə güllər gətirilir. Güllərdən müxtəlif fiqurlar hazırlanır.

Foto: Ramin ASLANOV