“Penoplast”lı binalarda gecə işıqlandırılması dayandırılıb

“Penoplast”lı binalarda gecə işıqlandırılması dayandırılıb
1168 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda mayın 19-da baş verən yanğından sonra “penoplast”la üzlənmiş binalara Fövqəladə Hallar Nazirliyinin nəzarəti güclənib.

Axşam.az-ın məlumatına görə, bu haqda “İç xəbər”də deyilib. Paytaxtın Nərimanov, Yasamal, Binəqədi və Xətai rayonlarında penoplastla üzlənmiş binalarda gecə işıqlandırmaları dayandırılıb.
 
Üzlüklərin sökülməsi isə davam etdirilir. Bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov göstəriş verib.

Bu üzlüklərlə üzlənmiş binalar polislə mühafizə olunur. Onların qarşısında yanğınsöndürmə maşınları növbə çəkir.