Aparıcı nazirlikdə işə başladı

Aparıcı nazirlikdə işə başladı
3684 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış teleaparıcı Zəminə Əliyeva Energetika Nazirliyində işə düzəlib.

Axşam.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, jurnalist bu gündən nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

Jurnalist yeni vəzifəsi ilə bağlı açıqlama verib. O bildirib ki, bu gündən rəsmən Energetika Nazirliyinin  Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışacaq.

Qeyd edək ki, Zəminə Əliyeva ANS-in məşhur aparıcılarından biri olub. ANS-dən ayrılan aparıcı bir müddət Space TV-də işləyib.