Günay məşəl daşıdı, Fərid mahnı oxudu - fotolar

Günay məşəl daşıdı, Fərid mahnı oxudu -  fotolar
3277 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli Şəkiyə aparılıb.

Axşam.az-ın məlumatına görə, məşəl estafeti XVIII əsrə aid tarixi-memarlıq abidəsi Şəki Xan sarayının həyətindən start götürüb. Məşəli daşıyanlardan biri də aparıcı Günay Novruzqızı olub.

Daha sonra möhtəşəm alov festivalı başlayıb. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi yaşadıb. Konsertdə "Eurovision 2013" təmsilçimiz Fərid Məmmədov mahnılar səsləndirib.

Fotolar AzərTac-a məxsusdur: