Nailə Mirməmmədlinin oğlunun toyudur
Bəstəkar Nailə Mirməmmədli oğlu Cavidanı evləndirir.
Axşam.az-ın məlumatına görə, toy iyunun 1-də baş tutacaq.
Təəssüratlarını bölüşən bəstəkar məclisin mediaya qapalı olacağını deyib:
“Gəlinim Gulyanın ailəsi ilə tanış idik. Oğlum qızı bəyəndi və evlənmək istədi. Bu bizim ailəmizdə ilk toydur. Media nümayəndələrini qonaq kimi dəvət edirəm. İstəyən gəlib, yeyib-içsin. Amma çəkilişə icazə verməyəcəyik”.