Demet Akalın Acunun verilişində münsif olacaq
Müğənni Demet Akalın “TV8”də “Rising Star” (“Yüksələn ulduz”) yarışmasında münsif olacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni layihə ilə bağlı artıq prodüser Acun İlıcalı ilə müqavilə də imzalayıb.
İyulun 2-ci həftəsində yayımlanacaq mahnı müsabiqəsində Demetlə yanaşı, daha üç münsif olacaq. Onlardan birinin Mustafa Sandal olacağı dəqiqləşib. Fuad Günərlə isə danışıqlar aparılır.