Ledi Qaqadan Türkiyəyə etiraz: “Bu hücumu dayandırın!”

Ledi Qaqadan Türkiyəyə etiraz: “Bu hücumu dayandırın!”
4436 dəfə oxunub
  • A-
  • A
  • A+
İstanbulun Taksim meydanında LGBT (Lezbiyanlar, Geylər, Biseksuallar, Transseksuallar) üzvlərinin aksiyası keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, icazəsiz keçirilən aksiya polisin müdaxiləsilə üzləşib.

Belə ki, etirazçıların nümayişi yüksək təzyiqlu su şırnaqlarından və bibər qazından istifadə yolu ilə dağıdılıb. Lakin daha sonra yenidən bir araya toplaşan LGBT-çilər bu dəfə də polisin eyni reaksiyası ilə üzləşiblər. Aksiya zamanı lentə alınan görüntülər dünya mətbuatının da diqqət obyektində olub.

Hətta amerikalı pop ulduz Ledi Qaqa İstanbulda polisin etirazçılara sərt münasibətini tənqid edib. 48 milyon izləyicisi olan “Twitter” hesabından Taksimdə çəkilmiş fotoları yerləşdirən Ledi “İstanbuldakı hücumun başında kim dayanır? Bu, dəlilikdir. Xoşbəxt və məsum insanlara edilən bu hücumu dayandırın. Bu, insanlığa sığmaz!”.