Nadir xanımı ilə istirahətdə - fotolar

Nadir xanımı ilə istirahətdə -  fotolar
6528 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə ailəsi ilə birgə Türkiyəyə yola düşüb.

Bu barədə Axşam.az-a ifaçının özü məlumat verib:

“Şou-biznesin səs-küyündən, qalmaqalından uzaqlaşıb, istirahət edirəm. Amma yaradıcılıq işlərim çox olduğuna görə bu yay istirahətə az vaxt ayıracam. “Azad Azərbaycan” telekanalında yayımlanan “Azərbaycanın səsi” layihəsində münsifəm. Bir həftə vaxtım var idi. Həyat yoldaşımla birgə Türkiyəyə getdim. Bir neçə gün sonra yenidən Azərbaycana qayıdacam”.

N.Qafarzadə onu da əlavə edib ki, “Dönməlisən” adlı türk mahnısını oxuyub:

“Bu günə qədər bir çox türk mahnıları ifa etmişəm. Onların əksəriyyəti dinləyicilər tərəfindən sevilib. İndi də “Dönməlisən” adlı mahnını ifa etdim. Bu mahnını illər öncə eşitmişəm və bəyənirdim".

Qeyd edək ki, “Dönməlisən”i türkiyəli ifaçılar Sibel Can, Hakan Altun, Kibariyə oxuyub.