Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axşam.az-ın məlumatına görə, təltif olunanlar arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və vergilər naziri Fazil Məmmədov da var.
K. Heydərov Azərbaycan prezidentinin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, A. Rəhimov və F. Məmmədov isə "Şöhrət" ordeni ilə təltif olunublar.