Müğənnilərimizdən "Bakı 2015" açıqlaması - fotolar

Müğənnilərimizdən "Bakı 2015" açıqlaması - fotolar
2621 dəfə oxunub
  • A-
  • A
  • A+

“Birinci Avropa Oyunları çox möhtəşəm keçdi. Mən hesab edirəm ki, Azərbaycanın keçirdiyi birinci Avropa Oyunları dünyanın heç bir yerində belə möhtəşəm keçirilə bilməzdi. Buna görə mən öz ölkəmlə fəxr edirəm”.

Axşam.az-ın məlumatına görə, bunu anspress-ə “Eurovision 2011”-in qalibi Nigar Camal deyib.

O, həmçinin gələcək planları haqqında məlumat verib. Nigar Camal hazırda Türkiyədə yeni mahnısına klip çəkilişlərinin davam etdiyini bildirib.

Əməkdar artist Tünzalə Ağayeva da birinci Avropa Oyunları haqqında fikirlərini bölüşüb.

"Şadam ki, Azərbaycanın tarixi əhəmiyyətli hadisəsində bir töhfəmiz oldu. Mən bir vətəndaş olaraq prezidentimiz və xanımı başda olmaqla hər kəsə böyük təşəkkürümü bildirirəm. Sadəcə idman yarışları deyil, biz mədəniyyətləri bir araya gətirə bildik və dünya idman tarixinə bir yenilik gətirdik”.

Sənətçi bəzi qüvvələrin bu oyunlara ləkə gətirmək istəklərinin baş tutmamasını qeyd edərək, bununla qürur duyduğunu bildirib:
 
"Biz sadəcə özümüz olduq və mövcud olan uğurlu bir layihə ilə göstərdik ki, Azərbaycan buna qadirdir".

Müğənni medianın əməyini bu oyunlarda yüksək qiymətləndirdiyini və hər kəsin könüllü olduğunu qeyd edib:

“Mən hər kəsi və bizim himnimizi oxutduran, bayrağımızı yüksəyə qaldıran atletlərimizi ürəkdən təbrik edirəm. Bu oyunlar medal qazana bilməyən atletlərin həyatlarının ən böyük təcrübələrindən biridir və onlar növbəti oyunlara ciddi bir vəsiqə qazanıblar".

Tünzalə Ağayeva avqustun sonunda “Sən tanımadığım doğmamsan" adlı yeni bir mahnı yazdıracağını deyib. Həmçinin səfərlər və layihələrlə bağlı payızda bir neçe yeniliklərin olacağını və xaricdə yeni sinqlların çıxacağını bildirib.