Acunun rekord təklifini qəbul etmədi

Acunun rekord təklifini qəbul etmədi
4576 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser-aparıcı Acun İlıcalı yeni proqramında münsif kürsüsündə əyləşməsi üçün şoumen-aktyor Ata Demirerə həftəlik 80 min lirə (təxminən 30 min manat) qonorar təklif edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, lakin şoumen Acunun təklifi ilə razılaşmayıb. Demirer bir müddət dincəlib, öz layihələriylə məşğul olmaq istədiyini bildirib.

Qeyd edək ki, A.İlıcalı “Yükselen yıldız” adlı musiqi yarışması üçün Mustafa Sandalla Demet Akalına həftəlik 40 min lirə (təxminən 15 min manat) qonorar verir.